Azərbaycan Beynəlxalq Bankı yeni kampaniyaya başlayıb

Azərbaycan Beynəlxalq Bankı yeni kampaniyaya başlayıb Bakı. 13 dekabr. REPORT.AZ/ 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni kampaniyaya başlayıb.
Maliyyə
13 Dekabr , 2017 10:53
Azərbaycan Beynəlxalq Bankı yeni kampaniyaya başlayıb

Bakı. 13 dekabr. REPORT.AZ/ 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni kampaniyaya başlayıb.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, 29 dekabr tarixinə qədər davam edəcək kampaniya çərçivəsində ABB-nin əmək haqqı və pensiya kartına sahib olan hər bir müştəri 12 aylıq nağd pul kreditini bankdan cəmi 20,18% illik faiz dərəcəsi ilə ala bilər. Bundan əlavə, kampaniya zamanı müştərilər Bankın təklif etdiyi 24 və 36 aylıq kreditlərin illik faiz dərəcəsində 3% endirim əldə edə bilərlər.

Bildirək ki, 15 min manatadək kreditlər maksimum 36 ayadək müddətə verilir, 5 000 manata qədər kreditlər üçün isə zamin tələb olunmur.

Son xəbərlər

Orphus sistemi