​Azərbaycan Beynəlxalq Bankı xaricdən yeni kredit cəlb edib

​Azərbaycan Beynəlxalq Bankı xaricdən yeni kredit cəlb edib Bir il müddətinə cəlb olunan kreditin həcmi 60 mln. dollardır
Maliyyə
30 Aprel , 2015 11:10
​Azərbaycan Beynəlxalq Bankı xaricdən yeni kredit cəlb edib

Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) Niderlandın "ING Bank N.V." bankından kredit cəlb edib. Bu barədə "Report"a ABB-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bir il müddətinə 60 mln. ABŞ dolları həcmində cəlb olunan vəsait Azərbaycanda korporativ maliyyələşməyə yönəldiləcək.

Qeyd edək ki, ABB-nin əsas səhmdarı Maliyyə Nazirliyidir ki, onun payının həcmi 51,07%-dir.

Son xəbərlər

Orphus sistemi