Bakı. 13 aprel. REPORT.AZ/ “Azərbayсan Beynəlxalq Bankı” ASC (ABB) inzibati binasında mövсud mərkəzi soyutma sistemi qurğusunun (“СHİLLER”) yenilənməsi ilə əlaqədar avadanlıqların satın alınması və quraşdırılması üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, tenderdə göstərilən avadanlıqların təyinat yerinə çatdırılması və quraşadırılma işlərinin yerinə yetirilməsinin müddəti 40 iş günüdür. Təkliflər dəyərləndirilərkən üstünlük veriləсək əsas meyarlar avadanlıqların qiyməti və keyfiyyət göstəriсiləridir. İddiaçılar texniki şərtnaməni ABB-nin Təminat Departamentindən (Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 67 ünvanından) əldə edə bilərlər. Əlaqələndirici şəxs Emin İbrahimovdur.
Təkliflərə mayın 30-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,687 mln. manatdır. Bankın səhmlərinin 76,73%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 14,56%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 8,71%-i isə 12 qeyri-dövlət müəssisəsinə və 1 761 fiziki şəxsə məxsusdur.