Azərbaycan Beynəlxalq Bankı tender keçirir

Azərbaycan Beynəlxalq Bankı tender keçirir Bakı. 17 mart. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC mühafizə-yanğın sistemi (lot-1) və videonəzarət sistemi (lot-2) avadanlıqlarının satın alınması və baş ofisinin, Bakı şəhərində yerləşən filial və şöbələrinin inzibati binalarında quraşdırılması məqsədi ilə açıq tender elan edib.
Maliyyə
17 Mart , 2018 09:45
Azərbaycan Beynəlxalq Bankı tender keçirir

Bakı. 17 mart. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC mühafizə-yanğın sistemi (lot-1) və videonəzarət sistemi (lot-2) avadanlıqlarının satın alınması və baş ofisinin, Bakı şəhərində yerləşən filial və şöbələrinin inzibati binalarında quraşdırılması məqsədi ilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı hər lot üzrə 100 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 6-na qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə aprelin 17-nə qədər ABB-nin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən baş ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Emin İbrahimovdur (tel.: (012) 493 00 91, daxili 2700, 2703, e-poçt: [email protected]).

Təkliflərə aprelin 16-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi