Azərbaycan Beynəlxalq Bankı tender keçirir

Azərbaycan Beynəlxalq Bankı tender keçirir Tenderdə iştirak haqqı 100 manatdır
Maliyyə
6 May , 2017 13:10
Azərbaycan Beynəlxalq Bankı tender keçirir
Report.az

Bakı. 6 may. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) “Backbase” sisteminin tətbiqi üçün avadanlıq və proqram təminatının satın alınması ilə bağlı açıq tender elan edib.

“Report” xəbər verir ki, bu barədə Tender Komissiyasına istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, avadanlıq üçün əsas seçim “IBM”, alternativ seçim “LENOVO” serverləri, proqram təminatı üçün əsas seçim “ORACLE” olacaq. Tenderdə iştirak haqqı 100 manatdır. İddiaçılar ilkin sənədlərin iyunun 12-nə qədər, tender təklifi və onun dəyərinin 10%-i qədər bank təminatını isə iyunun 22-nə qədər ABB-nin Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən baş ofisində təqdim etməlidirlər. Əlaqələndirici şəxs Emin İbrahimovdur. Telefon: 012 493-00-91, daxili 2700, 2703.

Təkliflərə iyunun 23-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. 

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,687 mln. manatdır. Bankın səhmlərinin 76,73%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 14,56%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 8,71%-i isə 12 qeyri-dövlət müəssisəsinə və 1 761 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi