“Azərbaycan Beynəlxalq Bankı” “Tamkart”la “cash back” faizlərini artırıb

“Azərbaycan Beynəlxalq Bankı” “Tamkart”la “cash back” faizlərini artırıb “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müştərilərinə xoş bir sürpriz hazırlayıb. Yanvarın 15-dək davam edəcək kampaniya dövründə “Azərbaycan Beynəlxalq Bankı”nın yeni kart məhsulu olan “Tamkart”ın sahibləri kampaniya müddətində bu kartla ölkə xaricində apardıqları nağdsız ödənişlərə görə 3% “kəşbək” qazanacaqlar. Üstəlik, 5 illik “Tamkart” Classic kartı kampaniya zamanı müştərilərə pulsuz, “Tam kart Gold”, “Tamkart Platinum” və “Tamkart Premium” kartları isə xidmət haqqında 50% endirimlə veriləcək.
Maliyyə
17 Dekabr , 2019 17:00
“Azərbaycan Beynəlxalq Bankı” “Tamkart”la “cash back” faizlərini artırıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müştərilərinə xoş bir sürpriz hazırlayıb. Yanvarın 15-dək davam edəcək kampaniya dövründə “Azərbaycan Beynəlxalq Bankı”nın yeni kart məhsulu olan “Tamkart”ın sahibləri kampaniya müddətində bu kartla ölkə xaricində apardıqları nağdsız ödənişlərə görə 3% “kəşbək” qazanacaqlar. Üstəlik, 5 illik “Tamkart” Classic kartı kampaniya zamanı müştərilərə pulsuz, “Tam kart Gold”, “Tamkart Platinum” və “Tamkart Premium” kartları isə xidmət haqqında 50% endirimlə veriləcək.

“Tamkart” eyni anda iki kartı – debet və kredit kartlarını özündə birləşdirən dual kartdır. Bu kartın sahibləri “Azərbaycan Beynəlxalq Bankı” ilə layihə çərçivəsində əməkdaşlıq edən bütün məkanlarda istədikləri məhsulun qiymətini bərabər hissələrə bölərək, 18 ayadək müddətə taksitlə ödəyə bilərlər. Digər istənilən növ əməliyyatlar zamanı isə müştərilərə tam 1 ay faizsiz güzəşt müddəti imkanı yaradılıb. Hər iki kart üzrə SMS xəbərdarlıq xidməti pulsuzdur.

“Azərbaycan Beynəlxalq Bankı” ilə bəzi tərəfdaş məkanlarda “Tamkart” sahiblərinə alış-veriş zamanı hətta 40%-dək kəşbək verilir. Eyni zamanda bankla tərəfdaş olmayan ticarət-xidmət məntəqələrində belə müştərilər ən az 2% “kəşbək” əldə edir. “Tamkart debet” vasitəsilə “Azərbaycan Beynəlxalq Bankı”na məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komisyon haqqı tətbiq edilmir.

“Tamkart” haqqında daha ətraflı məlumatları məhsulun rəsmi internet səhifəsi olan www.tamkart.az saytından, yaxud https://www.facebook.com/tamkart.az/ facebook səhifəsindən əldə etmək olar. Tamkartı bu bölmədən onlayn sifariş vermək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/#taksit-kartlar

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi