Azərbaycan Beynəlxalq Bankı sığortaçı seçir

Azərbaycan Beynəlxalq Bankı sığortaçı seçir Bakı. 9 yanvar. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası xidmətlərinin satın alınmasına dair açıq tender elan edib.
Maliyyə
9 Yanvar , 2018 09:08
Azərbaycan Beynəlxalq Bankı sığortaçı seçir

Bakı. 9 yanvar. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası xidmətlərinin satın alınmasına dair açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri yanvarın 22-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə yanvarın 26-na qədər ABB-nin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən baş ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Emin İbrahimovdur (tel.: (012) 493 00 91, daxili 2700, 2703, e-poçt: [email protected]).

Təkliflərə yanvarın 29-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi