Azərbaycan Beynəlxalq Bankı xüsusilə pensiyalar verilən vaxtlar bankomatlar qarşısında növbələrin yaranmaması üçün əhali sıxlığının böyük olduğu ərazilərə səyyar bankomatların göndərilməsinə başlayıb.
"Report" Banka istinadən xəbər verir ki, pensiyaçılar öz pensiyalarını Azərbaycan Beynəlxalq Bankının bankomatları ilə yanaşı, ölkəmizdəki bütün bankların bankomatlarından da komissiyasız nağdlaşdıra bilərlər.
Pensiyaya yeni çıxmış insanların öz pensiya kartlarını almaqdan ötrü karantin rejimi dövründə banka gəlmək ehtiyacını aradan qaldırmaqdan ötrü Azərbaycan Beynəlxalq Bankı “Böyüklərə hörmətlə” təşəbbüsü çərçivəsində pensiya kartlarının evə çatdırılması xidmətinin tətbiqinə də başlayıb.
Pensiyaçılar
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı müddəti martda tamamlanmış pensiya kartlarının istifadə vaxtını da apreldən başlayaraq daha üç ay uzadıb. Kart sahibləri növbəti üç ay ərzində pensiyalarını bu kartlarla ala bilərlər. Müddəti uzadılmış pensiya kartları ölkədaxili nağdsız ödənişlər üçün də keçərlidir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən,