Azərbaycan Beynəlxalq Bankı sərhədçilər üçün kampaniya keçirir

Azərbaycan Beynəlxalq Bankı sərhədçilər üçün kampaniya keçirir Kampaniya çərçivəsində bank komissiyasız, zaminsiz, endirimli nağd pul krediti təklif edir
Maliyyə
16 Avqust , 2017 10:42
Azərbaycan Beynəlxalq Bankı sərhədçilər üçün kampaniya keçirir

Bakı. 16 avqust. REPORT.AZ/ Sərhədçilərə xidmət göstərən “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 18 Avqust - Sərhəd Qoşunları Günü münasibətilə özəl kampaniyaya başlayıb.

Bu barədə “Report”a bankdan bildirilib.

Məlumata görə, ABB-nin maaş kartına sahib sərhədçilər bu gündən başlayaraq avqustun 25-nə qədər nağd pul kreditini bankdan 2% endirimlə (illik 25%-lə) əldə edə bilərlər. Kreditin maksimal məbləği 15 min manat, maksimal müddəti 36 aydır. Kreditə görə komissiya tutulmur. Üç min manata qədər məbləğ üçün zamin tələb olunmur.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş bu krediti ABB-nin bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

Son xəbərlər

Orphus sistemi