“Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazları üzrə hərracın tarixi açıqlanıb

“Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazları üzrə hərracın tarixi açıqlanıb İyunun 1-də “Bakı Fond Birjası" QSC-də (BFB) “Azərbaycan Beynəlxalq bankı" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Maliyyə
27 May , 2022 10:04
“Azərbaycan Beynəlxalq Bankının istiqrazları üzrə hərracın tarixi açıqlanıb

İyunun 1-də “Bakı Fond Birjası" QSC-də (BFB) “Azərbaycan Beynəlxalq bankı" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 20 000 ədəd, yəni 20 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqraz premium bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi