“Azərbaycan Beynəlxalq Bankı”nda dövlətin payı açıqlandı

“Azərbaycan Beynəlxalq Bankı”nda dövlətin payı açıqlandı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib
Maliyyə
2117
12 Oktyabr , 2020 17:31
“Azərbaycan Beynəlxalq Bankı”nda dövlətin payı açıqlandı

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının pay bölgüsü açıqlanıb. 

“Report” bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, ABB-nin səhmlərinin 91,4%-i Maliyyə Nazirliyinə, 3,76%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,13%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 4,71%-i isə fiziki və hüquqi şəxslərə məxsusdur. 

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mlrd 241,287 milyon manatdır. 

Son xəbərlər

Orphus sistemi