Azərbaycan Beynəlxalq Bankı müddəti bitmiş pensiya kartlarını yeniləyir

Azərbaycan Beynəlxalq Bankı müddəti bitmiş pensiya kartlarını yeniləyir Proses bu ilin aprel-may aylarında vaxtı keçmiş kartları əhatə edir
Maliyyə
28443
15 May , 2017 10:50
Azərbaycan Beynəlxalq Bankı müddəti bitmiş pensiya kartlarını yeniləyir

Bakı. 15 may. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə əməkdaşlıq çərçivəsində ölkə vətəndaşlarına pensiya ödənişi həyata keçirdiyi plastik kartları yeniləyir.

Bankdan “Report”a verilən məlumata görə, proses bu ilin aprel-may aylarında vaxtı keçmiş kartları əhatə edir.

Yeniləmə Fondun təqdim etdiyi siyahılar əsasında ABB-nin müvafiq filial və şöbələrində həyata keçirilir.

Xatırladaq ki, ABB-nin pensiya kartlarının istifadə müddəti hər 5 ildən bir aprel-may aylarında başa çatır. Pensiya kartlarının yenilənməsi üçün filiallara müraciət edən vətəndaşların rahatlığının təmin olunması, bu prosesin hər hansı növbələr yaranmadan həyata keçirilməsi məqsədilə Bankın ofisləri gücləndirilmiş iş rejimində çalışır. Mayın ilk günündən etibarən 50 mindən çox pensiyaçıya yeni kartlar təqdim olunub. Kartının müddəti başa çatmış bütün pensiyaçıların öz ödənişlərini vaxtında ala bilmələri üçün Bank onlara mövcud prosedurlara uyğun şəkildə müraciət edərək kartlarını dəyişməyi tövsiyə edir.

36 filiala və 40 şöbəyə malik olan ABB-nin məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi