Azərbaycan Beynəlxalq Bankı London məhkəməsində xarici kreditorlarına məğlub olub

Azərbaycan Beynəlxalq Bankı London məhkəməsində xarici kreditorlarına məğlub olub Bunlar Rusiyanın “Sberbank”ı və ABŞ-ın aktivlərin idarə edilməsi ilə məşğul olan "Franklin Templeton" şirkətidir
Maliyyə
26 Yanvar , 2018 10:32
Azərbaycan Beynəlxalq Bankı London məhkəməsində xarici kreditorlarına məğlub olub

Bakı. 26 yanvar. REPORT.AZ/ Rusiyanın əsas dövlət bankı olan “Sberbank” və ABŞ-ın aktivlərin idarə edilməsi ilə məşğul olan "Franklin Templeton" şirkəti London məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-yə qalib gəlib. 

“Report”un “New York Times”a istinadən verdiyi xəbərə görə, məhkəmə iddiası ABB-nin borcların restruktizasiyası prosesini gecikdirməsi ilə bağlı olub.

Xatırladaq ki, Azərbaycan bankı ötən ilin may ayında London Ədalət Məhkəməsinin qərarı ilə moratorium elan edilməsinə nail olub və ona borcların restrukzasiyasını bu il yanvarın 30-na qədər uzatmağa icazə verilib. Bununla belə, ABB yanvarın 18-də moratoriumun müddətinin daha yarım il uzadılmasını istəyib, bu isə əsas kreditorlardan olan “Sberbank” və “Franklin Templeton"un etirazına səbəb olub. 

Qeyd edək ki, "Sberbank" ABB-yə 20 mln. dollar borc verib. "Franklin Templeton"un isə Bankdan 500 mln. dollar alacağı var. Onların hər ikisi ötən il restrukturizasiya planının əleyhinə səs verib. 

Son xəbərlər

Orphus sistemi