Azərbaycan Beynəlxalq Bankı kredit faizlərini endirib

Azərbaycan Beynəlxalq Bankı kredit faizlərini endirib Bank istehlak kreditlərini illik 19%-ə salıb
Maliyyə
10 Sentyabr , 2015 09:55
Azərbaycan Beynəlxalq Bankı kredit faizlərini endirib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni fəaliyyət strategiyasına uyğun olaraq istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması istiqamətində növbəti addım atıb. Bankın müştərilərə təklif etdiyi istehlak kreditlərinin faiz dərəcələri illik 19%-ə qədər endirilib. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, faiz dərəcələrinin azaldılması həm ABB-nin maaş və ya pensiya kartlarına sahib olan müştəriləri, həm də Bankın yeni müştəriləri üçün nəzərdə tutulmuş kredit məhsullarını əhatə edir. 

Kreditlər 12-36 ay müddətinə verilir. Kreditin məbləği və faiz dərəcələri məhsulun növündən və müddətindən asılı olaraq dəyişir. Belə ki, Bankın maaş və ya pensiya kartlarının sahibləri maksimum 15 min manat, yeni müştəriləri isə 10 min manatadək kredit ala bilərlər. Kreditin rəsmiləşdirilməsi zamanı cəmi 1% komissiya haqqı tutulur. Kreditlər ABB-nin bütün filiallarında verilir.

Son xəbərlər

Orphus sistemi