Azərbaycan Beynəlxalq Bankı bu ilin I rübünü mənfəətlə yekunlaşdırıb

Azərbaycan Beynəlxalq Bankı bu ilin I rübünü mənfəətlə yekunlaşdırıb Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) cəmi aktivləri bu ilin əvvəli ilə müqayisədə 3,4% azalaraq aprelin 1-nə 8 403 162 min manat təşkil edib.
Maliyyə
16 Aprel , 2018 13:09
Azərbaycan Beynəlxalq Bankı bu ilin I rübünü mənfəətlə yekunlaşdırıb

Bakı. 16 aprel. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) cəmi aktivləri bu ilin əvvəli ilə müqayisədə 3,4% azalaraq aprelin 1-nə 8 403 162 min manat təşkil edib.

“Report” bu barədə Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə ABB-nin kredit portfeli də 6,4% azalaraq 1 670 399 min manata düşüb.

Martın sonuna Bankın öhdəlikləri 7 307 718 min manat olub ki, bu da ötən il dekabrın sonuna nisbətən 5,7% azdır. Son 3 ayda maliyyə qurumun depozit portfeli 17,4% azalaraq 4 258 877 min manata düşüb. O cümlədən fiziki şəxslərin tələbli depozitləri 13% azalaraq 560 945 min manat, hüquqi şəxslərin tələbli depozitləri 17,6% azalaraq 2 677 208 min manat, fziki və hüquqi şəxslərin müddətli depozitləri 19,0% azalaraq 1 020 724 min manat təşkil edib.

Yanvar-mart aylarında ABB-nin cəmi kapitalı isə 15,5% artaraq 1 095 444 min manata çatıb. 

Bank bu ilin birinci rübü ərzində 75 491 min manat əməliyyat mənfəəti əldə edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatdan 66 404 min manat ayırma hesabına bankın mənfəəti 139 895 min manata yüksəlib.

I rübdə ABB-nin faiz gəlirləri 110 651 min manat, faiz xərcləri 31 873 min manat, qeyri-faiz gəlirləri 20 943 min manat, qeyri-faiz xərcləri 24 230 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi