Azərbaycan Beynəlxalq Bankı "ASAN Xidmət"lə yeni əməkdaşlığa başlayıb

Azərbaycan Beynəlxalq Bankı "ASAN Xidmət"lə yeni əməkdaşlığa başlayıb ​Terminalların inkassasiya xidmətini Azərbaycan Beynəlxalq Bankı təmin edəcək
Maliyyə
112
8 Noyabr , 2016 15:29
Azərbaycan Beynəlxalq Bankı ASAN Xidmətlə yeni əməkdaşlığa başlayıb

Bakı. 8 noyabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Bu barədə "Report"a bankdan məlumat verilib.

Bildirilib ki, müqavilə ölkə ərazisində ASAN ödəniş terminallarından istifadə üzrə əməkdaşlığı nəzərdə tutur. Belə ki, İnnovasiyalar Mərkəzi ölkə ərazisində ASAN ödəniş terminallarının və bu terminallar vasitəsilə təklif olunan xidmətlərin sayını artırmaq niyyətindədir. Terminalların inkassasiya xidmətini və terminallar vasitəsilə həyata keçirilən ödənişlərin bank-xəzinə əməliyyatlarını İnnovasiyalar Mərkəzi üçün Azərbaycan Beynəlxalq Bankı təmin edəcək. 

Eyni zamanda, müştərilər ASAN ödəniş terminalları vasitəsilə bankın xidmətlərindən də faydalana biləcəklər. Bütün "ASAN Xidmət" mərkəzlərində mövcud olan bu terminallardan bankın filial və şöbələrində də quraşdırılır. Bu birgə layihə əhalinin bank məhsul və xidmətlərindən istifadə imkanlarını daha da genişləndirərək asanlaşdıracaq. 

Son xəbərlər

Orphus sistemi