"Azərbaycan Beynəlxalq Bankı" “American-Express” kartları hədiyyə edir

"Azərbaycan Beynəlxalq Bankı" “American-Express” kartları hədiyyə edir “American-Express” beynəlxalq kart təşkilatının ölkəmizdəki yeganə tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı American Express (AmEx) kartları ilə bağlı yeni kampaniyaya start verib.
Maliyyə
16 Dekabr , 2019 13:00
Azərbaycan Beynəlxalq Bankı “American-Express” kartları hədiyyə edir

“American-Express” beynəlxalq kart təşkilatının ölkəmizdəki yeganə tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı American Express (AmEx) kartları ilə bağlı yeni kampaniyaya start verib.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, yanvarın 31-ə qədər bankdan "American Express" kartı sifariş edən hər bir müştəri hesabına vəsait mədaxil etdikdə kartı pulsuz əldə edə biləcək.

Hesaba qoyduğu vəsaitin məbləğindən asılı olaraq müştəriyə aşağıdakı növlərdə "AmEx" kartı hədiyyə edilir:

100 AZN (və ya USD) mədaxil etdikdə - AmEx Green kartı (1 illik pulsuz);

300 AZN (və ya USD) mədaxil etdikdə - AmEx Gold kartı (1 illik pulsuz);

1000 AZN və ya USD mədaxil etdikdə - AmEx Platinum kartı (3 illik pulsuz) 

Hədiyyələr bununla da bitmir. Kampaniya çərçivəsində sifariş olunmuş "AmEx Green", "AmEx Gold" kartlarına müvafiq olaraq 1 illik "Mastercard Standard" və "Mastercard Gold" kartı, "AmEx Platinum" kartına isə eyni hesaba bağlı əlavə "Mastercard Platinum" kartı (3 illik) hədiyyə verilir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi