Azərbaycan ​Beynəlxalq Bankı İsrail şirkətinin depozitinin qaytarılmasına razılıq verib

Azərbaycan ​Beynəlxalq Bankı İsrail şirkətinin depozitinin qaytarılmasına razılıq verib Söhbət bankda saxlanılan 13,6 mln. dollarlıq depozit və hesablanan faizlərdən gedir
Maliyyə
27 İyul , 2016 19:18
Azərbaycan ​Beynəlxalq Bankı İsrail şirkətinin depozitinin qaytarılmasına razılıq verib

Bakı. 27 iyul. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC İsrailin “BSD Crown Ltd.” şirkətinin 13,6 mln. ABŞ dolları dəyərində depozitini və faizlərini qaytarmağa razılıq verib. “Report”un əldə etdiyi məlumata görə, iyulun 20-ə qədər şirkətə yalnız 250 min dollar ödənilib.

Məlumata görə, ABB 2017-ci ilin mayına qədər ödəmələrə başlayacaq və 12 ay ərzində bu ödəmələr bitəcək. İlkin ödənişin isə 500 min dollar civarında olacağı deyilir.

Qeyd edək ki, 2015-ci ilin dekabrın 29-da “BSD Crown Ltd.” depozitlərin ABB-də dondurulması ilə bağlı məlumat yaymışdır.

Son xəbərlər

Orphus sistemi