Bu il fevralın 1-nə Azərbaycan banklarının xarici öhdəlikləri 1 604,1 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 2,5% azdır.
Son 1 ildə isə bankların xarici öhdəlikləri 16,1% azalıb.