Bakı. 12 may. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi aprelin 1-nə 7 310,9 mln. manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, martın 1-nə olan göstərici ilə müqayisədə 200,4 mln. manat və ya 2,67% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 124,5 mln. manat və ya 1,67% azalıb.
"Report"un analitik qrupu hesab edir ki, kommersiya banklarının xarici öhdəliklərinin mart ayında azalması manatın məzənnəsinin artması ilə bağlıdır. Aprel ayında dolların məzənnəsinin sabitləşməsi səbəbindən isə bankların xarici öhdəliklərinin çox dəyişməyəcəyi proqnozlaşdırılır.