Azərbaycan banklarının xalis xarici aktivləri 10 % artıb

Azərbaycan banklarının xalis xarici aktivləri 10 % artıb Bu il sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 18 028,4 milyon manat təşkil edib.
Maliyyə
25 sentyabr 2021 06:40
Azərbaycan banklarının xalis xarici aktivləri 10 % artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 18 028,4 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 3 % az, ilin əvvəlinə nisbətən 2,2 % az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 9,8 % çoxdur.

Avqustun sonuna bankların xalis daxili aktivləri isə 13 260,7 milyon manat olub ki, bu da, iyulun sonu ilə müqayisədə 2,7 %, ilin əvvəlinə nisbətən 23,4 %, illik müqayisədə isə 26,3 % çoxdur.

Son xəbərlər

Orphus sistemi