Bakı. 26 may. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondunun (BVF) ölkə üzrə missiyası ilə Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv olan kommersiya banklarının rəhbərləri arasında görüş keçirilib.
"Report"un ABA-ya istinadən verdiyi xəbərə görə, missiyaya Məhəmməd əl-Qorçi rəhbərlik edib. Görüş zamanı bankların fəaliyyət göstərdiyi institusional mühit, borcvermə standartları, bankların restruktizasiyası, rəqabət mühiti, dollarlaşma və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.