Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 may 2017-ci il tarixinə cəmi aktivləri 30 101,1 mln. manat təşkil edib.
“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bunun 27 342,2 mln. manatı bankların cəmi öhdəlikləri, 2 758,8 mln. manatı isə cəmi kapitalıdır.
İyunun 1-nə əhalinin banklarda 6 820,1 mln. manat əmanət olub.
Hesabat tarixinə bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, bankomatlarının sayı 2 476 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,034 nəfər təşkil edib.