Bu il avqustun 1-nə Azərbaycan banklarının kredit qoyuluşu 14 204,5 mln manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,2% çoxdur.
İlin əvvəlinə nisbətən bankların kredit qoyuluşu 4,7% azalıb, son 1 ildə isə 6,5% artıb.