Azərbaycan banklarında informasiya təhlükəsizliyi gücləndirilir

Azərbaycan banklarında informasiya təhlükəsizliyi gücləndirilir Azərbaycan Mərkəzi Bankı (AMB) yerli banklarda informasiya təhlükəsizliyinin gücləndirilməsi üçün müvafiq qaydalar hazırlyaraq onlara təqdim edib.
Maliyyə
29 Noyabr , 2021 10:25
Azərbaycan banklarında informasiya təhlükəsizliyi gücləndirilir

Azərbaycan Mərkəzi Bankı (AMB) yerli banklarda informasiya təhlükəsizliyinin gücləndirilməsi üçün müvafiq qaydalar hazırlyaraq onlara təqdim edib.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, qaydalara əsasən, banklar daxili informasiya sistemlərini təhlükəsizlik tədbirləri standartlarına uyğunlaşdırmalı və AMB-yə hesabat verməlidirlər: “Hazırda bu istiqamətdə işlər görülür, biz də ABA olaraq AMB-nin sözügedən siyasətinin həyata keçirilməsinə dəstək olmağa çalışırıq”.

Son xəbərlər

Orphus sistemi