Azərbaycan banklarına yeni kreditləşmə modeli təqdim olunub

Azərbaycan banklarına yeni kreditləşmə modeli təqdim olunub Əsas diqqət dollar kreditləşməsi ilə bağlı məsələyə yetirilir
Maliyyə
4 May , 2016 12:03
Azərbaycan banklarına yeni kreditləşmə modeli təqdim olunub

Bakı. 4 may. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasında ölkədə fəaliyyət göstərən kommersiya bankları ilə görüş keçirilib. "Report"un verdiyi xəbərə görə, görüşdə ölkənin maliyyə sistemində tətbiqi üçün nəzərdə tutulan yeni kreditləşmə modelinin təqdimatı keçirilib və yeni model ətrafında müzakirə aparılıb. Görüşdə əsasən dollar kreditləşməsi ilə bağlı məsələ gündəmdə olub.

Yeni modelin ictimaiyyətə bu həftə açıqlanacağı gözlənilir. 

Qeyd edək ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən bir ay müddətinə dayandırılıb və Palata bu müddətin uzadılması hüququnu da özündə saxlayıb. Bundan əlavə, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə ötən aydan Azərbaycanda təqaüdçülərə istehlak kreditlərinin verilməsi prosesi müvəqqəti olaraq dayandırılıb.

Son xəbərlər

Orphus sistemi