Azərbaycan banklarına manatla depozit qoyuluşu bu il 8%-dən çox azalıb

Azərbaycan banklarına manatla depozit qoyuluşu bu il 8%-dən çox azalıb Xarici valyutada qoyulan depozitlərdə isə azalma 10%-ə yaxınlaşıb
Maliyyə
4 İyul , 2020 16:34
Azərbaycan banklarına manatla depozit qoyuluşu bu il 8%-dən çox azalıb

Bu il iyunun 1-nə Azərbaycan banklarına qoyulan manatla depozitlərin həcmi 8 milyard 002,5 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 3% çoxdur.

Bu, 2020-ci ilin yanvarın 1-nə nisbətən 8,3% az, ötən ilin iyunun 1-i ilə müqayisədə isə 7,5% çoxdur.

Hesabat dövrünə banklara xarici valyutada qoyulan depozitlər illik müqayisədə 1,7% artaraq 9 milyard 608,9 milyon manata yüksəlib.

Bu göstərici mayın 1-i ilə müqayisədə 2%, ilin əvvəlinə nisbətən isə 9,6% azalıb.

Son xəbərlər

Orphus sistemi