Bu il aprelin 1-nə Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 17 749 nəfər təşkil edib.
“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 1 360 nəfər və yaxud 8,3% çoxdur.
Bu ilin yanvar ayında banklar 136, fevral ayında isə 95, mart ayında isə 66 nəfəri işə götürüblər.