Bakı. 1 mart. REPORT.AZ/ Bu il fevralın 1-nə Azərbaycanın bank sektoru 508 filiala və 130 şöbəyə malik olub.
“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən il fevralın 1-i ilə müqayisədə müvafiq olaraq 3 vahid və 12 vahid azdır.
Bu ilin yanvar ayında isə bankların filial və şöbələrinin sayında dəyişiklik olmayıb.