Azərbaycandakı banklar müştəriləri ilə hansı dildə danışır? - MONİTORİNQ - YENİLƏNİB

Azərbaycandakı banklar müştəriləri ilə hansı dildə danışır? - MONİTORİNQ - YENİLƏNİB Bankların yarısı müştərilərini 3 dildə dinləyir
Maliyyə
17 Yanvar , 2017 14:56
Azərbaycandakı banklar müştəriləri ilə hansı dildə danışır? - MONİTORİNQ - YENİLƏNİB

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankından 20-nin Çağrı Mərkəzində (Call Center) müştərilərə istədiyi dildə sual vermək imkanı yaradılıb. 

Bu, “Report”un apardığı araşdırma nəticəsində məlum olub.

Araşdırmaya əsasən, 20 bankdan 18-i müştəriləri ilə 3 dildə - Azərbaycan, rus və ingilis dillərində danışır. “AFB Bank” müştərilərini Azərbaycan, türk və ingilis dillərində, “Amrahbank” isə Azərbaycan və ingilis dillərində dinləməyə hazırdır. 12 bank isə müştərilərə “istədiyi dili seçmək” imkanı yaratmayıb.

Kommersiya bankının adı Çağrı Mərkəzinin danışıq dili imkanları
Azərbaycan Türk Rus İngilis
1 Accessbank + - + +
2 AFB Bank + + - +
3 AGBank + - + +
4 Amrahbank + - - +
5 Atabank + - - -
6 International Bank of Azerbaijan + - + +
7 Azerbaijan Industry Bank + - - -
8 Azer-Turk Bank + - + +
9 Bank Eurasia + - + +
10 Bank of Baku + - + +
11 Bank BTB + - - -
12 Bank Respublika + - + +
13 Silkway Bank + - + +
14 Bank VTB (Azerbaijan) + - + +
15 Caspian Development Bank + - + +
16 Demirbank + - + +
17 Expressbank + - + +
18 Gunaybank + - - -
19 Xalg Bank + - - -
20 Kapital Bank + - - -
21 Bank Melli Iran – Baku + - - -
22 Muganbank + - - -
23 Nakhchivanbank + - - -
24 NBC Bank + - + +
25 Nikoil Bank + - + +
26 National Bank of Pakistan – Baku + - - -
27 PASHA Bank + - + +
28 Rabitabank + - + +
29 Turanbank + - + +
30 Unibank + - + +
31 YapiKredi Bank Azerbaijan + - - -
32 Ziraat Bank Azerbaijan + - - -

Son xəbərlər

Orphus sistemi