Azərbaycan bankları mayda daha 159 nəfəri işə götürüb

Azərbaycan bankları mayda daha 159 nəfəri işə götürüb Bakı. 2 iyul. REPORT.AZ/ Azərbaycanda bank işçilərinin sayı bu il iyunun 1-nə 16 662 nəfər təşkil edib.
Maliyyə
2 İyul , 2018 12:20
Azərbaycan bankları mayda daha 159 nəfəri işə götürüb
0 : 00
0 : 00

Bakı. 2 iyul. REPORT.AZ/ Azərbaycanda bank işçilərinin sayı bu il iyunun 1-nə 16 662 nəfər təşkil edib.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 159 nəfər və yaxud 1% çoxdur.

İlin əvvəlinə nisbətən sektorun işçi heyətinin sayı 491 nəfər və yaxud 3%, son 1 ildə isə 628 nəfər və yaxud 3,9% artıb. 

Son xəbərlər

Orphus sistemi