Azərbaycan bankları dövlət qiymətli kağızlarını birbaşa əldə edə bilər

Azərbaycan bankları dövlət qiymətli kağızlarını birbaşa əldə edə bilər Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bankların dövlət qiymətli kağızlarını, o cümlədən Mərkəzi Bankın notlarını investisiya şirkətlərinin vasitəçiliyi olmadan əldə etməsi təklif olunur.
Maliyyə
12 Dekabr , 2017 10:32
Azərbaycan bankları dövlət qiymətli kağızlarını birbaşa əldə edə bilər
Report

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bankların dövlət qiymətli kağızlarını, o cümlədən Mərkəzi Bankın notlarını investisiya şirkətlərinin vasitəçiliyi olmadan əldə etməsi təklif olunur.

“Report”un əldə etdiyi məlumata görə, bu məsələ, ötən ayın sonunda Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bankların, Milli Depozit Mərkəzinin (MDM), Bakı Fond Birjasının (BFB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri ilə birgə keçirilmiş görüşdə müzakirə obyekti olub.

Bununla əlaqədar “Qiymətli kağızlar bazarı haqqında” qanuna və Mülki Məcəlləyə dəyişiklik edilə bilər. Məqsəd kapital bazarının inkişafında bankların rolunu artırmaqdır. 

Son xəbərlər

Orphus sistemi