Azərbaycan bankları dollar alışını dayandırıb

Azərbaycan bankları dollar alışını dayandırıb "Qara bazar"da dolların satış qiyməti 1,63 manata düşüb
Maliyyə
8 Sentyabr , 2016 17:36
Azərbaycan bankları dollar alışını dayandırıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları nağd ABŞ dollarının alışını dayandırıb. "Report" xəbər verir ki, banklar dollar bolluğu yaşandığı üçün indi də valyutanın alış əməliyyatlarına fasilə verib. Dolların satışı isə 1,6900-1,7060 AZN/USD məzənnə diapazonunda aparılır. 

Qeyd edək ki, "qara bazar"da isə dolların satışı 1,63 manata kimi qədər geriləyib. Dolların məzənnəsinin sabah və bayram günlərində 1,60 AZN/USD səviyyəsinə qədər geriləyəcəyi gözlənilir. 

Xatırladaq ki, Azərbaycan Mərkəızi Bankı (AMB) bugünki valyuta hərracına Dövlət Neft Fondu ilə birlikdə 300 mln. dollar çıxarıb və bütün məbləğ satılıb. Qeyd edək ki, AMB-nin cari məzənnəsi nəzərə alınmaqla kommersiya bankları tətbiq olunan +/-4%-lik marja ilə dolların alışını minimum 1,5747 AZN/USD məzənnəsi apara bilər.

Son xəbərlər

Orphus sistemi