Azərbaycan bankları bu il 733 işçini ixtisar edib

Azərbaycan bankları bu il 733 işçini ixtisar edib Bu ilin aprelində 1 bank filialı bağlanıb, 98 nəfər işdən çıxarılıb
Maliyyə
2 İyun , 2017 10:57
Azərbaycan bankları bu il 733 işçini ixtisar edib

Bakı. 2 iyun. REPORT.AZ/ Bu il mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankının filiallarının sayı 560 olub ki, bu da ilin əvvəli ilə müqayisədə 9 ədəd azdır. Aprel ayında yalnız bir filial bağlanıb.

Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Əvəzində, yanvar-aprel aylarında bankların şöbələrinin sayı 9 ədəd artaraq 140-a çatıb. Təkcə apreldə şöbələrin sayı 3 ədəd artıb. Hesabat dövründə bank ATM-lərinin sayı 32 ədəd artaraq 2 493-ə çatıb və bu artımın 22 ədədi aprelin payına düşüb.

Bank sektorunun işçi heyəti isə 733 nəfər və 4,3% azalaraq 16 214-ə düşüb. Hesabata əsasən, təkcə aprel ayında işçilərin sayı 98 nəfər və ya 0,6% azalıb.

Son xəbərlər

Orphus sistemi