Azərbaycan bank sektorunun xarici öhdəlikləri illik 24% azalıb

Azərbaycan bank sektorunun xarici öhdəlikləri illik 24% azalıb Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri 2018-ci il noyabrın 1-nə 1 932,6 mln. manat təşkil edib.
Maliyyə
5 Dekabr , 2018 10:02
Azərbaycan bank sektorunun xarici öhdəlikləri illik 24% azalıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri 2018-ci il noyabrın 1-nə 1 932,6 mln. manat təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu, 2018-ci il oktyabrın 1-i ilə müqayisədə 5,3 mln. manat və yaxud 0,3% çoxdur. Son 1 ildə isə kommersiya banklarının xarici öhdəlikləri 617,7 mln. manat və yaxud 24,2% azalıb. İlin əvvəlindən isə bu göstəricidə 375,7 mln. manat və yaxud 16,3% azalma qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi