Azərbaycan bank sektorunun xarici öhdəlikləri 4% azalıb

Azərbaycan bank sektorunun xarici öhdəlikləri 4% azalıb Bakı. 3 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri 2018-ci il dekabrın 1-nə 1 848,8 mln. manat təşkil edib.
Maliyyə
1331
3 Yanvar , 2019 14:41
Azərbaycan bank sektorunun xarici öhdəlikləri 4% azalıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri 2018-ci il dekabrın 1-nə 1 848,8 mln. manat təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu, 2018-ci il noyabrın 1-i ilə müqayisədə 83,8 mln. manat və yaxud 4,3% azdır. Son 1 ildə isə kommersiya banklarının xarici öhdəlikləri 652,2 mln. manat və yaxud 26,1% azalıb. 2018-ci ilin əvvəlindən isə bu göstəricidə 459,5 mln. manat və yaxud 19,9azalma qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi