Azərbaycan bank sektorunun müştəri bazası 8% artıb

Azərbaycan bank sektorunun müştəri bazası 8% artıb Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycan bank sektorunun müştəri bazası bu il martın 1-nə 5 912 068 nəfər təşkil edib.
Maliyyə
9 Aprel , 2018 12:57
Azərbaycan bank sektorunun müştəri bazası 8% artıb

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycan bank sektorunun müştəri bazası bu il martın 1-nə 5 912 068 nəfər təşkil edib. 

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu, aylıq müqayisədə 96 890 nəfər və yaxud 1,7%, ilin əvvəlinə nisbətən 140 028 nəfər və yaxud 2,4%, illik müqayisədə isə 435 278 nəfər və yaxud 7,95% çoxdur. 

Hesabat tarixinə, bank müştərilərinin 5 822 485 nəfəri və yaxud 98,5%-i fiziki şəxslərin payına düşüb. 

Son xəbərlər

Orphus sistemi