Azərbaycan bank sektorunun aktivləri 30 milyard manata yaxınlaşıb

Azərbaycan bank sektorunun aktivləri 30 milyard manata yaxınlaşıb Azərbaycanın bank sektorunun aktivləri bu il martın 1-nə 29 950,8 milyon manat təşkil edib.
Maliyyə
2 Aprel , 2019 12:01
Azərbaycan bank sektorunun aktivləri 30 milyard manata yaxınlaşıb

Azərbaycanın bank sektorunun aktivləri bu il martın 1-nə 29 950,8 milyon manat təşkil edib. 

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən il martın 1-i ilə müqayisədə 5,1% çoxdur.

Bankların aktivlərinin 11 107,1 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 14,8% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 34%-dən 37,1%-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 4,4% artaraq 25 708 milyon manata, o cümlədən depozit portfeli 11,5% artaraq 19 118 milyon manata çatıb. Bunun 8 118,5 milyon manatı fiziki, 10 999,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 4,9%, şirkətlərin banklardakı vəsaitləri isə 17% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 30,1% azalaraq 347,7 milyon manata düşüb.

Sektorun cəmi kapitalı isə 9,2% artaraq 4 242,8 milyon manata çatıb. 

Son xəbərlər

Orphus sistemi