Azərbaycan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının İllik Toplantısında iştirak edəcək

Azərbaycan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının İllik Toplantısında iştirak edəcək Bakı. 1 may. REPORT.AZ/ Mayın 3-6-da Manilada (Filippin) Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 51-ci İllik Toplantısı keçiriləcək.
Maliyyə
1 May , 2018 12:03
Azərbaycan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının İllik Toplantısında iştirak edəcək

Bakı. 1 may. REPORT.AZ/ Mayın 3-6-da Manilada (Filippin) Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 51-ci İllik Toplantısı keçiriləcək.

“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanı tədbirdə nazir Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

İllik Toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər Asiya və Sakit okean bölgəsinin daha da inkişafı və institusional məsələləri müzakirə edəcəklər. S.Şərifovun bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

1966-cı ildə yaradılan ADB-in baş qərargahı Manilada yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan ADB-yə 22 dekabr 1999-cu ildə üzv qəbul olunub və Bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilmiş 48-ci illik toplantısına ev sahibliyi edib.

Son xəbərlər

Orphus sistemi