​Azərbaycan Ali Audit Qurumlarının ekspert qrupunun toplantısında iştirak edib

​Azərbaycan Ali Audit Qurumlarının ekspert qrupunun toplantısında iştirak edib Ekspert qrupunun 2015-ci il üçün iş planı və digər əlaqəli məsələlərə dair fikir mübadiləsi aparılıb
Maliyyə
2 İyun , 2015 16:56
​Azərbaycan Ali Audit Qurumlarının ekspert qrupunun toplantısında iştirak edib

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının nümayəndə heyəti MDB ölkələri Ali Audit Qurumlarının (AAQ) rəhbərləri Şurasının əsas milli göstəricilər üzrə ekspert qrupunun Tacikistanda keçirilmiş VIII toplantısında iştirak edib.

"Report"un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, toplantıda ekspert qrupunun 2014-2015-ci illərdə və Ali Audit Qurumları Beynəlxalq Təşkilatının (INTOSAI) əsas milli göstəricilər üzrə işçi qrupunun 2014-cü ilin fevral ayından 2015-ci ilin mart ayı daxil olan dövr üzrə fəaliyyətinin nəticələri, Əsas Milli Göstəricilər Sistemindən istifadəyə ölkələrin hazırlıq səviyyəsinə dair aparılmış sorğuların nəticələri, Əsas Milli Göstəricilər üzrə yenilənmiş məlumat bazası ilə bağlı müzakirələr aparılıb.

Toplantıda Azərbaycan Hesablama Palatasının auditoru Cəfər Həsənov “Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətində əsas milli göstəricilərin istifadəsi” mövzusunda çıxış edib.

Aktiv müzakirələr zamanı iştirakçılar arasında Əsas Milli Göstəricilərin tərkibi, AAQ-lar üzrə məlumat bazalarının formalaşdırılması, məlumatların yerləşdirilməsi, ekspert qrupunun 2015-ci il üçün iş planı və digər əlaqəli məsələlərə dair fikir mübadiləsi aparılıb.

Yekunda Ali Maliyyə Nəzarəti Orqanlarının həm sözügedən ekspert qrupu, həm də INTOSAI-nin müvafiq işçi qrupu çərçivəsində əməkdaşlığının zəruriliyi bir daha vurğulanıb, bu istiqamətdə müvafiq tədbirlərin davam etdirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi