Azərbaycan 40 ölkə ilə vergi borclarının yığılması üçün danışıqlar aparır

Azərbaycan 40 ölkə ilə vergi borclarının yığılması üçün danışıqlar aparır Ü.Yusifovun sözlərinə görə, bu memorandum vergilərin yığılmasını asanlaşdıracaq
Maliyyə
23 Noyabr , 2016 17:42
Azərbaycan 40 ölkə ilə vergi borclarının yığılması üçün danışıqlar aparır

Bakı. 23 noyabr. REPORT.AZ/ “Vergilər Nazirliyi digər dövlət orqanları ilə razılaşdırmaqla qarşılıqlı məlumat mübadiləsi və vergi borclarının alınması haqqında model memorandum layihəsi hazırlayıb və artıq 40-dan çox dövlətə təqdim edilib”. 

“Report” xəbər verir ki, bunu Vergilər Nazirliyi Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin Beynəlxalq əməkdaşlıq İdarəsinin rəisi Ülvi Yusifov deyib.

Ü.Yusifovun sözlərinə görə, bu memorandum vergilərin yığılmasını asanlaşdıracaq: “Hazırda yazışmalar yolu ilə müzakirələr aparılır. Bu, həm avtomatik məlumat mübadiləsinə, həm də ölkə ərazisndə yığıla bilməyən borcların xarici həmkarlar vasitəsilə yığılmasına şərait yaradacaq”.

Son xəbərlər

Orphus sistemi