"​Azər-Türk Bank" yeni prosessinq mərkəzinə qoşulub

"​Azər-Türk Bank" yeni prosessinq mərkəzinə qoşulub Artıq Bankın bütün ödəmə kartları və terminal şəbəkəsi yeni prosessinq mərkəzi tərəfindən dəstəklənir
Maliyyə
15 Dekabr , 2015 14:07
​Azər-Türk Bank yeni prosessinq mərkəzinə qoşulub

Bakı. 15 dekabr. REPORT.AZ/ “Azər-Türk Bank” ASC-nin “AzeriCard” Prosessinq Mərkəzinə keçidi başa çatdırılıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, yeni prosessinq mərkəzinə keçid plana uyğun olaraq bir ay müddətində reallaşdırılıb. Artıq Bankın bütün ödəmə kartları və terminal şəbəkəsi “AzeriCard” tərəfindən dəstəklənir. 

"İndi "Azər-Türk Bank"ın müştəriləri “MasterCard International” Beynəlxalq Ödəniş Sisteminin ödəmə kartları vasitəsilə Bankın “Card to Card Transfer”, “Сash In”, “Cash To Any Card”, “POS Credit”, “SMS Bildiriş”, “PIN Change”, “Internet Banking”, “MobilBank”, müxtəlif onlayn ödəmə xidmətlərindən daha asan, tam təhlükəsiz şəkildə istifadə edə bilərlər. Həmçinin Bankın kart sahibləri Azərbaycan Beynəlxalq Bankının bankomatlarından, əlavə komissiya haqqı ödəmədən, "Azər-Türk Bank"ın öz bankomatlarında tətbiq olunan tariflərlə istifadə imkanına malikdirlər", - deyə Bankdan bildirilib.

Qeyd edək ki, “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi