"Azər-Türk Bank" yeni kampaniyalara başlayıb

"Azər-Türk Bank" yeni kampaniyalara başlayıb Kampaniyalar avqust ayının 1-dək davam edəcək
Maliyyə
11 İyul , 2017 12:20
Azər-Türk Bank yeni kampaniyalara başlayıb

Bakı. 11 iyul. REPORT.AZ/ “Azər-Türk Bank” ASC yaranmasının 22-ci ildönümü ilə bağlı kampaniyalara başlayıb.

“Report” bu barədə Banka istinadən xəbər verir.

Belə ki, “Azər-Türk Bank” 22 gün “MasterCard” biznes və debit kartlarına sahib fiziki şəxs müştəriləri üçün illik xidmət haqlarına ən azı 22%, depozit qutusu icarəyə götürən müştərlərinin edəcəyi aylıq və ya illik ödənişlərinə 22% endirim tətbiq edəcək.

Bundan başqa, Bank iyul ayında doğulanlara 1 illik “MasterCard Standard" kartı (AZN/USD/EUR) hədiyyə edəcək. Həmçinin, Bankın müştəriləri olmaq istəyənlər üçün cari hesabları pulsuz açmaq, POS-terminallar üzrə təyin edilmiş aylıq minimum komissya haqqı ödənişini (30 manat) 6 ay müddətinə ləğv etmək imkanı yaradılıb.

Bununla yanaşı, kampaniya çərçivəsində minimal məbləği 2 200 manat əmanət yerləşdirən müştərilərə depozit qutuları 2 aylıq pulsuz təklif edilir.

Kampaniyalar avqustun 1-dək davam edir.

Son xəbərlər

Orphus sistemi