"Azər-Türk Bank" yeni ilin ilk müştərisinə hədiyyə verib

"Azər-Türk Bank" yeni ilin ilk müştərisinə hədiyyə verib Müştəri istənilən xidmət ofisinə yaxınlaşaraq pulsuz "MasterCard Gold" kartını ala bilər
Maliyyə
5 Yanvar , 2017 13:45
Azər-Türk Bank yeni ilin ilk müştərisinə hədiyyə verib

Bakı. 5 yanvar. REPORT.AZ/ "Azər-Türk Bank" ASC yeni ilin ilk müştərisini hədiyyə ilə qarşılayıb. 

"Report" xəbər verir ki, 2017-ci ilin ilk müştərisi 28 May küçəsi,64/75 ünvanında yerləşən "Bakı" filialına yaxınlaşıb. Filial əməkdaşları müştərini hədiyyələrlə qarşılayıb, xüsusi kupon təqdim ediblər. Müştəri həmin kuponla istənilən xidmət ofisinə yaxınlaşaraq "MasterCard Gold" kartını pulsuz əldə edə bilər.

"İqtisadiyyatın real sektoruna maliyyə dəstəyi verən “Azər-Türk Bank” ASC 11 xidmət məntəqəsi ilə müştərilərə xidmət göstərir", - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi