​"Azər-Türk Bank" yeni filial açıb

​"Azər-Türk Bank" yeni filial açıb Yeni filial Şirvan şəhərində yerləşir
Maliyyə
1 Avqust , 2016 16:13
​Azər-Türk Bank yeni filial açıb

Bakı. 1 avqust. REPORT.AZ/ "Azər-Türk Bank" ASC-nin Şirvan şəhərində filialı fəaliyyətə başlayıb. Bu barədə "Report" Banka istinadən xəbər verir.

Hazırda "Azər-Türk Bank"ın xidmət şəbəkəsinə həmçinin Bankın baş ofisindəki müştəri xidmətləri mərkəzi, Bakıda 3, Gəncədə 1, Naxçıvanda 1 filial, eləcə də paytaxtdakı 1 şöbə daxildir.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 50 mln. səhm əsasında formalaşıb.

Səhmlərin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bankası"na, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi