“Azər Türk Bank” sərhədçilərə illik 18%-lə kredit təklif edir

“Azər Türk Bank” sərhədçilərə illik 18%-lə kredit təklif edir Bakı. 13 avqust. REPORT.AZ/ “Azər Türk Bank” ASC Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı münasibətilə 13 avqust tarixindən etibarən sərədçilər və bütün güc strukturlarının əməkdaşları üçün kredit kampaniyasına başlayıb. “Report”un Bankın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, kampaniyanın şərtlərinə uyğun olaraq, aylıq məvacibi yaxud təqaüdü 500-700 manat və ya daha çox olan şəxslərə Bank tərəfindən 300 manatdan 20 min manatadək kredit təklif edilir.
Maliyyə
13 Avqust , 2018 14:00
“Azər Türk Bank” sərhədçilərə illik 18%-lə kredit təklif edir

Bakı. 13 avqust. REPORT.AZ/ “Azər Türk Bank” ASC Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı münasibətilə 13 avqust tarixindən etibarən sərədçilər və bütün güc strukturlarının əməkdaşları üçün kredit kampaniyasına başlayıb. “Report”un Bankın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, kampaniyanın şərtlərinə uyğun olaraq, aylıq məvacibi yaxud təqaüdü 500-700 manat və ya daha çox olan şəxslərə Bank tərəfindən 300 manatdan 20 min manatadək kredit təklif edilir.

Kreditin müddəti 3 aydan 36 aya qədərdir. 12 ay müddətinədək götürülən kreditin faiz dərəcəsi 18% səviyyəsində müəyyənləşdirilib. Qeyd edək ki, 5 min manatadək həcmdə kredit zaminsiz verilir. Kampaniya 1 sentyabr tarixində bitir.

Kampaniyadan Dövlət Sərhəd Xidmətinin əmakdaşları ilə yanaşı, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Ədliyyə işçiləri, Prokurorluq orqanlarının və güc struktur orqanlarından təqaüdə çıxan əməkdaşları da faydalana bilərlər.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi