"Azər-Türk Bank" manat əmanətlərini bahalaşdırıb

"Azər-Türk Bank" manat əmanətlərini bahalaşdırıb Bankın dollar və avro ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur
Maliyyə
19 Oktyabr , 2016 13:44
Azər-Türk Bank manat əmanətlərini bahalaşdırıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Azər-Türk Bank" ASC manatla qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini 3,5 faiz bəndi artırıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, hazırda "Azər-Türk Bank" 1 il müddətinə milli valyutada yerləşdirilmiş əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 10-10,5% dividend ödəyir. İndiyə qədər bu göstərici 6,5-7% olub.

Bankın ABŞ dolları və avro ilə 1 illik əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 50 mln. ədəd səhm əsasında formalaşıb. Səhmlərin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi