"Azər-Türk Bank"ın müştərilərinin sayı artır

"Azər-Türk Bank"ın müştərilərinin sayı artır Bankın müştərilərinin 17 min nəfər həddinə yaxınlaşıb
Maliyyə
23 Fevral , 2017 11:31
Azər-Türk Bankın müştərilərinin sayı artır

Bakı. 23 fevral. REPORT.AZ/ "Azər-Türk Bank" ASC-nin plastik kart müştərilərinin sayı artır. İlin əvvəlindən kartarın sayı 10%-dən çox artaraq, hazırda 31 213 ədəd səviyyəsindədir. Kartların 80%-ə qədəri əmək haqqı kartlarıdır.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, "Azər-Türk Bank"ın müştərilərinin sayı hazırda 16 679 nəfər təşkil edir.

Qeyd edək ki, "Azər-Türk Bank" ötən ili 7,4 mln. manat xalis mənfəətlə başa vurub.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi