"Azər-Türk Bank”ın Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

"Azər-Türk Bank”ın Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib “Azər Türk Bank” ASC bütün müştəriləri üçün etibarlı biznes tərəfdaşı olmalı, iqtisadiyyatın real sektoruna maliyyə dəstəyi verməli, müasir bank texnologiyalarını tətbiq edərək operativ xidmət göstərməlidir.
Maliyyə
25 Noyabr , 2022 17:49
Azər-Türk Bank”ın Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

“Azər Türk Bank” ASC bütün müştəriləri üçün etibarlı biznes tərəfdaşı olmalı, iqtisadiyyatın real sektoruna maliyyə dəstəyi verməli, müasir bank texnologiyalarını tətbiq edərək operativ xidmət göstərməlidir.

"Report" Azərbaycan İnvestisiya Holdinqinə (AİH) istinadən xəbər verir ki, bunu qurumun Baş icraçı direktoru, Bankın Müşahidə Şurasının (MŞ) sədri Ruslan Əlixanov bildirib.

O, bu barədə MŞ-nın yeni tərkibdə ilk iclasında danışıb. İclasda MŞ-nın üzvləri, Bankın İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin AİH-in nümayəndələri iştirak edib, ölkə prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər, Bankın korporativ idarəetmə sisteminin prinsipləri, idarəetmə və maliyyə hesabatları, o cümlədən, bankın strateji təşəbbüslərinin həyata keçirilməsi müzakirə olunub.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur. Prezident İlham Əliyevin Bankın idarə edilməsinin təkmilləşdirilməsi haqqında 16 iyul 2022-ci il tarixli fərmanı əsasında kredit təşkilatı AİH-in idarəetməsinə verilib.

Son xəbərlər

Orphus sistemi