“Azər-Türk Bank”ın mənfəəti kəskin azalıb

“Azər-Türk Bank”ın mənfəəti kəskin azalıb “Azər-Türk Bank” ASC bu ilin I yarısını 26 min manat mənfəətlə başa vurub.
Maliyyə
28 İyul , 2020 11:45
“Azər-Türk Bank”ın mənfəəti kəskin azalıb

“Azər-Türk Bank” ASC bu ilin I yarısını 26 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 96,6% və yaxud 29,8 dəfə azdır.

Yanvar-iyun aylarında “Azər-Türk Bank”ın gəlirləri 15,114 milyon manat (illik müqayisədə 2,6% az), xərcləri 14,657 milyon manat (1,9% az), xüsusi ehtiyatlara ayırmaları isə 431 milyon manat (1 il əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Azər-Türk Bank”ın aktivləri 337,522 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,5% çoxdur. Bunun 160,366 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,9% böyüyüb.

Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 0,1% azalaraq 281,747 milyon manata, o cümlədən depozit portfeli 9% azalaraq 163,357 milyon manata düşüb, balans kapitalı isə 3,1% artaraq 55,775 milyon manata çatıb.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4%-i Türkiyənin "Zıraat Bank"ına, 1,1%-i "Zıraat Bank İnternational"a, 6,5%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi